90 dəqiqəyə 25 qol
01.07.2011 - 13:56
90 dəqiqəyə 25 qol
Almaniyanın “Şalke” klubu qeyri-adi hadisənin səbəbkarı olub. Apasport.az saytının məlumatına görə, Helzenkirhen təmsilçisi yoldaşlı oyununda Ryuqen adasının yığması ilə qarşılaşıb. Yarım həvəskarlarla matç qol yağını çevrilib. “Şalke” səviyyə fərqini 25 qolda əks etdirib. Az qala hamının fərqləndiyi görüşdə hamıdan çox – 5 qolu Luis Holltbi vurub.

Qeyd edək ki, bu yarımmüdafiəçi ötən ay Almaniya yığmasının heyətində Avro-2012-nin Bakıdakı seçmə oyununa gəlmişdi.