“Olimpiakos”dan “Xəzər Lənkəran”a keçdi
01.07.2011 - 15:00
“Xəzər Lənkəran” klubu daha bir legioner transfer edib. Apasport.az saytının məlumatına görə, ölkəmizi Avroliqa təmsil edəcək komanda portuqaliyalı hücumçu Joao Paulo Pinto Ribeyronun keçidini rəsmiləşdirib. Artıq bir neçə gündür “Xəzər Lənkəran”ın hazırlığına qatılan 31 yaşlı legionerlə 2 illik müqavilə imzalanıb.
“Boavişta”nın yetirməsi olan Ribeyro karyerasının böyük hissəsini vətənində keçirib. İspaniyada “Tenerife”də çıxış edən hücumçu 2008-10-cu illərdə Buxarest “Rapid”ində oynayıb və Mirça Rednikə tanışdır. Belə ki, “Xəzər Lənkəran”ın rumıniyalı çalışdırıcısı 3 il öncə “Rapid”in baş məşqçisi olub. Ribeyro son illərdə Kiprin “Olimpiakos” klubunda oynayıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” mövsümlərası fasilədə 4 legioner transfer edib. Bunlardan 3-ü Buxarest “Styaua”sından gəlib. Bu, braziliyalı yarımmüdafiəçilər Rikardo Qomeş Vilana ilə Eder Joze de Oliveyra Bonfim və rumıniyalı hücumçu Marius Onofraşdır. Nigeriyalı hücumçu Tosin Dosunmu isə Belçikanın “Jerminal” klubundan transfer edilib.

0
0