Milli komandamızın rəqibinə 800 min dollar mükafat
01.07.2011 - 14:38
Belarusun 21 yaşlılardan ibarət yığma komandası (U-21) Danimarkada keçirilən Avropa çempionatının final mərhələsində uğurlu çıxışına görə yüksək qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, Belarus Futbol Federasiyası qitə çempionatının bürünc mükafatçısına 800 min dollara yaxın (600 min avro) mükafat ayrılıb.
Qurumun vitse-prezidenti Sergey Safaryan məbləğlə bağlı qaranlıq məqamları aydınlaşdırıb: “Hələ komandanın turnirə yollanmasına qədər federasiyanın İcraiyyə Komitəsi həvəsləndirici məbləğlə bağlı qərara çıxardı. Yığmaya yarımfinala vəsiqəyə görə 150, olimpiya lisenziyası əldə edilməsinə görə 400, titul qazanmasına görə 500 min dollar düşürdü. Bu günlərdə isə UEFA bizi məlumatlandırdı ki, olimpiya turnirinə vəsiqəyə görə Belarus Futbol Federasiyasına 300 min avro köçürülüb. Bundan sonra belə qərara alındı ki, həmin məbləğ yığmamızın mükafatına əlavə olunsun. Bu mükafat bütün komandaya, futbolçular və məşqçilər korpusuna aiddir. Ölkə başçısı ödənilən məbləğin gəlir vergisindən azad olunması ilə bağlı müvafiq sənədlərin hazırlanması ilə bağlı sərəncam verdi. Layiqli mükafatın konkret bölüşdürülməsini isə kollektiv daxilində - komandanın özü müəyyənləşdirəcək”.
Qeyd edək ki, Belarus Azərbaycanın U-21-i ilə bir seçmə qrup mərhələsində mübarizə apararaq, oradan pley-off, ardından final mərhələsinə vəsiqə qazandı.

0
0