Milli komandamız bolqarlara 14 qol vurdu
01.07.2011 - 16:36
Eşitməqüsurlu əlillərdən təşkil olunmuş U-16 Azərbaycan yığması Slovakiyanın Preşov şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ikinci yeri tutub. Apasport.az-ın AFFA-ya istinadən məlumatına görə, turnirin ilkin mərhələsində yığmamız Bolqarıstan komandasına 14:0, Qazaxıstan təmsilçisinə isə 3:0 hesabı ilə qalib gəlib.
Polşa və Slovakiya yığmasına müvafiq olaraq, 1:2 və 1:4 hesabı ilə məğlub olan futbolçularımız, mərhələnin son oyununda çexiyalı həmyaşıdları ilə heç-heçə edib – 1:1. Bu mərhələdə ikinci yeri tutan yığmamız finala yüksəlmək uğrunda oyunda Qazaxıstan komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən yığmamız finala yüksəlib. Həlledici oyunda futbolçularmız Slovakiya yığmasına 4:5 hesabı ilə məğlub olaraq turnirdə ikinci yeri tutub.

0
0