Terim imza atdı: “Qalatasaray”lı Fatih yuvasına dönmüşdü
01.07.2011 - 17:55
Fatih Terim “Qalatasaray” klubunun baş məşqçi postuna qayıdışını rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, 58 yaşlı türkiyəli mütəxəssis bir müddətdir sükanı arxasında olduğu “Cim Bom”la rəsmi müqaviləni bu gün “Türk Telekom Arena”da mətbuat qarşısında imzalayıb. Klubun rəsmisi Əll Dürüstlə birgə media qarşısına çıxan Terim hər şeyin ən gözəl şəkildə keçəcəyini bildirdi: “Buradan “Qalatasaray” olaraq bütün komandalar uğurlar arzulayıram. Hamımızın hədəfi eynidir. Bütün “Qalatasaray”lıların olduğu kimi, bizim də hədəfimiz uğurdur. Əskikləri görüb, onu sürətlə aradan qaldırmağa çalışacağıq. Bir təlaşımız yoxdur, ancaq tələsikliyimiz var və onu da bilirik. “Qalatasaray”lı Fatih yuvasına dönmüşdü. Ümid edirəm ki, bazamız Floryanı “Aslan yuva”sı halına gətiririk”.
Terim yeni transferlərlə bağlı fikirlərini bildirib: ”Transferlərlə bağlı verəcəyim önəmli mesajlarım olacaq. Yenir bir rəhbərlik, yeni bir məşqçi heyəti və yeni bir komanda olacaq. Bu, keçmiş dostlarımızı siləcək anlamına gəlmir. Qapıçı alacağımız doğrudur. Bir də hücumçu alacağıq. “İnter”in argentinalı yarımmüdafiəçi Esteban Kambiassonu istədiyim də doğrudur. Amma futbolçunun özü istəməzsə edəcək bir şey yoxdur. Hər gün çıxan iddialara cavab vermək olduqca zordur”.

0
0