“Barselona”nın sabiq futbolçusu “Xəzər Lənkəran”da
06.07.2011 - 23:00
Avropa Liqasının II təsnifat mərhələsində çərçivəsində “Makkabi” ilə oyunlara hazırlaşan “Xəzər Lənkəran”ın düşərgəsinə yeni futbolçu gəlib. Apasport.az saytının xəbərinə görə, bu, vaxtilə “Barselona” klubunda oynamış yarımmüdafiəçi, 31 yaşlı Mario Rosasdir.
1997-2000-ci illərdə Kataloniya təmsilçisinin ikinci komandasında forma geyinən Rosas 103 oyunda 31 qol vurub. O, əsas komandanın da şərəfini qoruyub ki, cəmi 1 qarşılaşmada meydana çıxıb.
Rosas sonradan “Alaves” (2000-2002), “Salamanka” (2001-2002), “Numansiya” (2002-2003), “Qadis” (2003-2004), “Kastelyon” (2005-2009), “Mursiya” (2009-2010) və “Salamanka” (2010-??) klublarında çıxış edib.
Müxtəlif illərdə İspaniyanın 16, 17 və 18 yaşlılardan ibarət yığmasında ümumilikdə 29 oyun keçirmiş Rosas 6 qolun müəllifidir.
Qeyd edək ki, Rosas “Xəzər Lənkəran” düşərgəsində şam yeməyinə qatılıb, sabah isə Mirça Rednik rəhbərliyi altında ilk məşqə çıxacaq. Onun komandada qalıb-qalmayacağı hələlik bəlli deyil.

- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0