Nazim Süleymanov: Mən sözümün üstündə dururam - MÜSAHİBƏ
06.07.2011 - 23:04
Azərbaycanı Avroliqada təmsil edən AZAL-ın baş məşqçisi Nazim Süleymanov Belarusda mətbuat konfransı keçirib. Apasport.az saytının Minskdə ezam olunmuş əməkdaşının məlumatına görə, media nümayəndələri ilə görüş komandamızın “Minsk”lə oynayacağı “Dinamo” stadionunda keçirildi.
Süleymanov həm azərbaycanlı, həm də belaruslu jurnalistlərin suallarını cavablandırıb. Hər 2 ölkənin mətbuat nümayəndələrini salamlayan təcrübəli mütəxəssisə əvvəlcə həmyerliləri suallarını ünvanladı. Süleymanov apasport.az-ın əməkdaşının hazırlıq, komandada son durum haqda sualı ilə fikirlərinə başladı.
- Belarusda qazonda, təbii və süni otda və hava şəraitində fərqi var və bunu iş başında gördük. Nəticədə mikro zədələr özünü göstərdi. Futbolçulara bu şəraitə uyğunlaşmalı olurlar. Bu çətinliklərə baxmayaraq, oyuna ciddi hazırlaşırıq.
- Komandanızda çatışmazlıq varmı? Zədə üzündən kimlər oynaya bilməyəcək?
- Hər bir komandada problem var. Mikrozədəni müalicə etdirib, sağaltmaq olar. Zədə baxımından ciddi problem yoxdur.
- İlk oyundan sonra rəqibə bələdsiniz. Qalan bir həftədə başqa məlumatlar toplamısınız?
- Əlbəttə, “Minsk”i yaxşı tanımırdıq. Klub nümayəndələri, məşqçilər korpusumuzdan bura gəlmişdilər. Onlar 2 disk gətirmişdilər. Bunlar Minskin “Dinamo” və “Brest” klubları ilə oyunlar idi. Fərqləri gördük. “Minsk” səfərdə daha çox xal toplayıb. Futbolçularımız buna qarşı əzmkarlıq göstərib, tapşırıqları yerinə yetirmələrini istərdim. Bunun üzərində işləmişik. Yəqin ki, bunların hamısına sabah oyun cavab verəcək.
- AZAL-a qapalı müdafiəyə qarşı oynamaq çətin olur. “Minsk”ə 0:0 hesabı sərfəli olduğundan, daha çox müdafiə olunacaq. Buna qarşı nə tədbir görəsəksiniz?
- İndidən oyunun necə alınacağını demək çətindir. Ancaq hər bir müdafiəni qırmaq üçün fəndləri var və bundan istifadə edib, düşünmək, görmək lazımdır. Meydanda daha çox qaçıb, fərdi oyun keyfiyyətlərə malik futbolçuların qol vurmasına imkan yaratmaq lazımdır.
- Komandamıza qol vurmaq lazımdır. Oyunu taleyini həll edəcək, güvənəcək futbolçunuz varmı?
- Əlbəttə, futbolçularla həm fərdi, həm də kollektiv şəkildə danışırıq. Minskdə qol vurmasaq, əliboş gedəcəyik. Bunun üzərində çalışmalar qurulub. Hər bir futbolçu qol vura bilər. Sadəcə, buna istəyi göstərmək, qol epizodlarından maksimum istifadə etmək lazımdır. Mən ilk oyunda nəticədən asılı olmayaraq, futbolçularıma inanıram.
- Hələ ilk oyundan öncə “Minsk” haqda fikirləriniz Belarusda böyük müzakirə olunub. Bu, nəticədən asılı olaraq daha da qabardıla bilər. Futbolçularla bağlı söhbətləşmisiniz?
- Əlbəttə. Dediyim sözlərlə bağlı problem yoxdur. Hər bir futbolçu ilk növbədə məşqçinin yox, klubun şərəfini qoruyur. Hər bir fikrinin hörmətlə yanaşıram. Mən öz sözümün üstündə dururam.
- Rəqibin evdə yaxşı oynamamağı və azarkeşlərinin sayının az olmağı arxayınlaşma yarada bilər?
- Futbol səhvlər üzərində qurulur. Biz ilk oyunun əvvəlində səhvə yol verdik, rəqib bundan istifadə etdi, “Minsk” pis komanda deyil. Biz onların səfərdə yaxşı oynadıqlarını Bakıda gördük. Əgər birinə zəif deyirsənsə, deməli, özün də zəifsən. Hər şeyə cavab oyununda aydınlıq gələcək.
- Komandanız oyun praktikasından əziyyət çəkir. Bu mənada mübarizə əlavə dəqiqələrə, penaltilərə getsə, buna özünüzü hazır sayırsınız?
- Biz 80-85 hazırıq. İlk oyunda qələbə həm fiziki, həm də psixoloji hazırlığı yüksəldərdi.
- 15-20 il əvvəlki Nazim Süleymanov “Minsk”ə qarşı çıxsaydı, qol vurardımı?
- Mövsümə hazırlığın yeni başladığını nəzərə almaq lazımdır. Keyfiyyət üçün vaxt lazımdır. Süleymanov olsaydı, qol vurardı. Mən futbol oynayanda meydana yalnız qol vurmaq üçün çıxardım. Kimsə var-dövlət, pul, maşından, mən isə qol vurmaqdan zövq alırdım.
- Komandamızda sizin kimi hücumçu varmı?
- Ola bilər ki, var, nə vaxt açılacaq.
- Bu meydanda oynamısınız? Minsk “Dinamo”su ilə oyunları necə xatırlayırsınız?
- Biz SSRİ dövründə qardaş idik. Belaruslular çox qonaqpərvərdirlər. “Neftçi”nin heyətində Minsk “Dinamo”su ilə burada oynamışam. Həmin vaxt həm “Neftçi”, həm də Minsk “Dinamo”sunda dahi futbolçular olub. Yeri gəlmişkən, onlardan biri olan Yuri Kondratyevi çalışdırdığı 21 yaşlılardan ibarət yığması Avropa çempionatının bürünc medalı qazanıb, Olimpiada vəsiqə qazanması münasibətilə təbrik edib, uğurlar arzulayıram.
- Avroliqada məqsədiniz konkret nədir?
- Rəqib ilk dəfə avrokuboklarda oynayır. Elə mən özüm baş məşqçi kimi avrokuboklarda debüt edirəm. Qarşımızda duran ilk vəzifə mərhələ keçib, Azərbaycan futboluna xal gətirməkdir. Bundan sonrası üçün gərək ilk mərhələni keçəsən. Gərək vəzifəni yerinə yetirib, sonra danışasan
- Mərhələ keçməsəniz, rəhbərlik sizə nə deyəcək?
- Rəhbərliyin fikrini deyə bilmərəm. Ancaq mən buna normal yanaşıram.
- Oyundan öncə demisiniz ki, “Minsk”i keçməsəniz, niyə işləyirəm ki. Yəni vəzifəsindən getməyinizin mümkünlüyün bildirmisiniz...
- Bunu oyundan sonra görəcəksiniz.
- “Minsk”in heyətində Azərbaycanda oynaya bilən futbolçular varmı?
- Əlbəttə. Bizə qarşı oynamış hər bir futbolçu nəinki bizdə, Azərbaycanda başqa klublarında oynaya bilər. Rəqibin heyətində təcrübəli futbolçular var. Belaruslu Gennadi Bliznyuk bizdə oynayıb, yaxşı futbolçudur.
- Konkret soyad çəkə bilərsiniz?
- Kapitan Razin, bizə qol Voronkov oynaya bilər.
Mehman SÜLEYMANOV, Minsk

0
0