Vitali Tarakanov: AZAL-la cavab oyunu bizim üçün asan gəzinti olmayacaq
07.07.2011 - 00:15
AZAL-ın Avroliqada rəqibi olan Belarusun “Minsk” klubunun baş məşqçisi Vitali Tarakanov mətbuat konfransı keçirib. Apasport.az saytının Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, belaruslu mütəxəssis rəqib komandadakı həmkarı Nazim Süleymanovdan sonra mətbuat qarşısına çıxdı. Oyun keçiriləcək “Dinamo” stadionunda keçirilən tədbirdə həm azərbaycanlı, həm də yerli jurnalistlər iştirak edirdi. Tarakanov fikirlərinə komandasının oyuna hazırlığı, son turda evdə “Şaxtyor”a 0:1 hesablı məğlubiyyətlə başladı.
- Həqiqətən də həmin oyunda əsas futbolçularımızın bir neçəsini oynatmadıq və bu, nəticəyə təsir göstərdi. Həm belə rejimdə oynamaq çətin olduğundan, həm də
zədəyə görə bir sıra oyunçularımızı qoruduq. Belə olan halda, az oynayan futbolçularımız yoxladıq. Bu addımımız AZAL-la cavab görüşünə daha yaxşı hazırlaşmaq üçün idi. Komandamız oyuna hazırdır və fikrimcə, şanslar bərabərdir. Hesab edirəm ki, daha çox xarakter, əzmkarlıq göstərən komanda qalib gələcək.
- Zədəli futbolçularınızla bağlı vəziyyət necədir?
- Skinderislə bağlı vəziyyət açıqdır. Ancaq Petrauskas, Xaşaturyan, Şirokov cavab görüşündə
oymayacaq.
- Komandamız evdə yox, səfərdə daha yaxşı oynayır. Bu, sizə çətinlik yaratmayacaq?
- Meydanımızdakı qazon elə də yaxşı deyil. Bu, itirdiyimiz xalların əsas səbəbidir. Deməzdim ki, biz ev, yaxud səfər komandasıyıq. Sadəcə, belə alınır ki, cari mövsümdə xallarımızın çoxunu rəqib meydanında qazanmışıq.
- Oyun sonrası penaltilər seriyasına hazırlaşırsınız, yoxsa AZAL-ın səfərdə olan mütləq lazım olan qolu vurmayacağını düşünürsünüz?
- Biz hər şeyə hazırıq. Ancaq məsələni penaltilərə gətirmək istəmirik. Ümid edirəm ki, məsələ buna qədər həll olunacaq. Biz mərhələni keçmək istəyirik.
- AZAL nə dərəcədə hazırlaşdığınız komanda idi? Cavab oyununda onların gözlənilməzliyinə hazırsınız?
- Azərbaycan futbolunda gördüklərim bizi təəccübləndirdi. Çempionatları başlamasa da, AZAL mobil komandadır. Legionerlərinin səviyyəsi, orta sahədəki oyunçular bizi çox təəccübləndirdi. AZAL-la cavab oyunu bizim üçün ciddi sınaq olacaq. Görüş bizim üçün asan gəzinti olmayacaq. Rəqib komandada baş məşqçi və futbolçularının dediklərinə görə oyuna ciddi hazırlaşırlar.
- Oyuna nəzəri hazırlıq nədən ibarət oldu?
- Biz sizi nəzəri hazırlığımıza dəvət edirik.
- Bəs azərbaycanlı jurnalistləri?
- Sizin öz hazırlığınız olacaq. Fürsətdən istifadə edib, Minski gəzib, qızlarla tanış olun (gülür).
- AZAL-ın baş məşqçisi Nazim Süleymanov “Minsk”lə bağlı fikirləri sizə əlavə stimul verəcəkmi? Vaxtilə bolqarlar çempionumuz BATE-ni saymayaraq, onda “ilişdilər”...
- Həmkarımın fikirləri xoş olmaya bilər. Ancaq futbolçulara sözlərə az diqqət yetirməyi tövsiyə edirəm. Çox uzun danışmaq olar, ancaq hər şeyi meydandakı mübarizə, oyuna köklənmə həll edəcək.
- Sizcə, AZAL Belarus çempionatında hansı yerdə olardı?
- Açığı, buna müqayisə etmək istəməzdim. Sizdə limitə görə 8, bizdə isə 4 legionerin oynamağına icazə verilir. Legionerlərinizdən 4-ü götürün, ora öz yetirmələrinizi əlavə edin, onda müqayisə aparaq. Bizdən 2 dəfə çox legioneriniz oynayanda, heç müqayisə olunmaq istəməzdim. Sizdə nəticəni legionerlər müəyyənləşdirir. Əslində belə də olmalıdır. Komandaya legioner cəlb etmisənsə, o, daha çox fayda verməlidir. Qoy müqayisəni Nazim Süleymanov etsin, biz isə öz sözümüzü meydanda deyərik.
- Siz də AZAL haqda fikir bildirib, oyun öncəsi psixoloji addım atmağınız yaxşı olmazdı?
- Bilirsiniz, çox danışmaq olar. Deyə bilərik ki, AZAL Belarusda çempionluq, ilk altılıq uğrunda mübarizə aparar. Onu deyə bilərəm ki, rəqibimiz yaxşı, sanballı komandadır. Bizdə liderlərdən biri ola bilərdi.
- Süleymanov komandanı oyuna 80-85 faiz sayır. Bəs bizim komanda oyuna 100 faiz hazırdırmı?
- Hazırlığının belə faizlə necə müəyyənləşdirildiyini bilmirəm. Mən onu bilirəm ki, komandam oyuna hazırdır. Əsas köklənmədir. Təcrübəli futbolçular yaxşı oynaya bilər, bir sıra oyunçularımız çox şeyi görüb. Sadəcə, özünəinamın çox olması bizi pis vəziyyətdə qoya bilər. Ümid edirəm ki, nəticə istədiyimiz kimi olacaq.
- Süleymanov haqda nə deyə bilərsiniz? Onunla söhbətləşmək imkanınız olub?
- Onu bilirəm ki, çox yaxşı futbolçu olub. Tanışlarımın dediklərinə görə, yaxşı insani keyfiyyətlərə malikdir. Bakıda oyundan əvvəl danışdıq. İndi də mətbuat konfransına gəldiyimiz zamanı qısaca söhbətləşdik.
- Nə haqda danışdınız?
- Hal-əhval tutdum, Minskdə necə yerləşdiklərini söhbətləşdik.
- Evdəki cavab oyununda əsas qol buraxmamaqdır. Buna uyğun taktikanı necə quracaqsınız?
- Əlbəttə, səfərdə qol vurmağımız bizə əlavə üstünlük verir. Onu deyə bilərəm ki, oyuna müdafiədən başlamayacağıq. Hücum futboluna sadiq qalacağıq. Müdafiədə qalmayıb, xoşbəxtliyi hücumda, rəqib qapısında axtaracağıq. Onu bilirik ki, qol buraxsaq, işimiz çətin olacaq, uduza bilərik.
- Birdən AZAL ona lazım olan qolu vursa, onda komandamızın şanslarının daha çox olduğunu düşünmürsünüz?
- Həmin vaxt oyunun mənzərəsi dəyişəcək. Gərək onda açılaq, hesabı bərabərləşdirmək üçün daha çox hücum edək. Mən ümid edirəm ki, qolu biz vuracağıq.
Mehman SÜLEYMANOV, Minsk

0
0