Cahangir Həsənzadə: Nazim Süleymanov bizə inanaraq, bu sözləri deyib
07.07.2011 - 09:00
Avroliqanın I təsnifat mərhələsində Belarusun “Minsk” klubuna rəqib olan AZAL-ın qapıçısı Cahangir Həsənzadənin apasport.az saytının Minskə ezam olunmuş əməkdaşına müsahibəsi
- İlk oyunda qalib gəlməsək belə, komandamızın ruhdan düşməyərək, Minskə yaxşı, mübariz əhval-ruhiyyədə sevindirici haldır. Yəqin ki, Bakıda 1:1 hesabə ilə nəticələn görüşdən sonra müəyyən təhlillər olub...
- Sözsüz. Görüşdən sonra oyunumuzu daha dərindən təhlil etdik. Açıq-aşkar nöqsanlarımızı 2-ci oyunda aradan götürməyə çalışacağıq.
- Açıq-aşkar nöqsanlar deyəndə nəyi nəzərdə tutursunuz? Yəqin ki, ilk qolda müdafiənin buraxdığı kobud səhvi göstərmək olar...
- Bilavasitə hansısa epizodu araşdırmaq istəməzdim. Sadəcə, bizə xas olan komanda şəklində oyun üslubumuz var. Həmin günü bizə həmişə xas olan oyundan bir az uzaq idik. Bu da ondan irəli gəlirdi ki, hazırlıq vaxtında belə bir ciddi rəqiblər yoxlama oyunu keçirmədiyimizi düşünürəm. Bəlkə də bundan irəli gəlirdi. Yəqin ki, bu nöqsanlar ilk oyundan sonra nəticəsini verəcək. Artıq aparılan təhlil nəticəsində hər kəs öz müsbət və mənfi cəhətlərini bilir. Futbolçularımız 2-ci oyunda bütün müsbət cəhətlərini ortaya qoya bilməyə çalışacaq.
- Siz komanda şəklində hansı üstün cəhətlərinizi göstərə bilmədiniz?
- Komanda oyunumuzu. Bizdə komanda oyununda güclüyük, 1-2 gözə çarpadıcı liderimiz demək olar yoxdur. Hər kəs özündə düzgün mövqe seçirsə, özünə aid işlərin öhdəsindən gəlirsə, komanda şəklində nəticəyə çatırıq. Bu, ötən mövsümdə görsəndi. Təəssüf ki, ilk oyunun əvvəlində anlaşılmazlıq çox oldu və debütümüzün alınmadığını deyə bilərdim. Ancaq Allaha şükür, ikinci hissədə artıq özümüzə gəldik, hətta qol imkanlarımız oldu. Sadəcə, bunlardan istifadə edə bilmədik. Gördüyünüz kimi, 2-ci hissədə qol vəziyyətlərimiz daha çox idi.
- Komandanızın beynəlxalq oyunlar baxımından ən təcrübəli futbolçusunuz. Bu mənada səfərdəki lazımı nəticə qazanmaq üçün necə oynamağımızın lazım olduğunu düşünürsünüz?
- Mən ilk növbədə təcrübəli futbolçu yox, komandanın qapıçısı kimi demək istərdim ki, səfər oyununda əsas vəzifələrimizdən biri qol buraxmamaqdır. Sadəcə, ona görə ki, hər buraxdığımız qola görə 2-ni vurmaqla, cavab verməliyik. İkincisi də kəskin hücumlar edib, qol vurmalıyıq. Mərhələ keçmək üçün bizə müsbət nəticə lazımdır.
- Yəni daha əks-hücumlara bel bağlamalıyıq?
- Sözsüz. Əlbəttə, baş məşqçimiz oyundan qabaq bizə necə oynamaqla bağlı tam təhlili verəcək. Düşünürəm ki, “Minsk”in oyunundan da çox şey asılı olacaq. Onlar bizə necə oyun quracağı da vacib amildir. Yəqin ki, onlar oyunlarını müdafiədən qursa, bizdə əks-hücumlar o qədər kəskin alınmayacaq. Zənnimsə, çətin oyun olacaq. Ancaq inanıram ki, biz öz payımıza düşən öhdəçiliyi yerinə yetirəcəyik.
- İstənilən halda, “Minsk” keçiləsi rəqibdir...
- Sözsüz. Bu mərhələdə bütün rəqiblər bir-biri ilə eyni səviyyədədir. Heç birinin kimdən aşkar, yaxud zəif olduğunu deyə bilmərəm. Yəqin ki, “Minsk” də bizi özləri üçün keçiləsi rəqib sayır. Düşünürəm ki, oyun gərgin mübarizə şəraitində keçəcək.
- “Minsk” xallarının çoxunu evdə yox, səfərdə toplamağı da maraqlı məqamdır. Buna diqqət yetirməyə dəyərmi?
- Buna da nəzər yetirmişik. Sözsüz ki, bu məlumat da bizdə var. Hələ oyun öncəsi də bu barədə danışmışıq. Fikrimcə, belə çıxış ondan irəli gəlir ki, “Minsk”in kəskin əks-hücumları və buna uyğun futbolçuları var. Bu, səfərdə oynayanda, onlara əlverişli kimi qələmə verilir. Onu bilirəm ki, son turda evdə “Şaxtyor”a 0:1 hesabı ilə uduzublar. Ancaq bu statistikaya nəzər salmasaq, sonucda Avropa oyunlarıdır. Onlar ölkə çempionatlarından kəskin surətdə seçilir. Bu, həm köklənmə, həm də oyun üslubu ilə seçilir. “Minsk”in statistika ilə bağlı məsələsinin bu mərhələdə bizə aid olmadığını düşünürəm. Yenə öz oyunumuzu göstərməyə, onların bizə oyunlarını diqtə etməyə imkan verməməyə çalışacağıq.
- Cavab oyunu təbii ot örtüyündə olacaq. Siz isə Bakıda sintetik qazonda hazırlaşıb, oynamısınız. Bunu problem sayırsınız?
- Bir problem budur. Bu, bizə çətinlik yarada bilər. Çünki hazırlıq dövründə təbii ot örtüyündə məşq etmədik. Ancaq düşünürəm ki, Şüvəlandakı meydançamızın qazonu yüksək səviyyədədir. Hər məşqdən, oyundan qabaq oranı yetərincə sulayırlar ki, biz. təbii ot örtüyü kimi təsir bağışlasın. Ancaq zənnimcə, qazon amili bizə çətinlik olacaq. Ancaq məncə, nəzərə çarpan olmayacaq. Bizə həmin örtüyə öyrəşmək üçün 5-10 dəqiqə vaxt lazım olacaq.
- Baş məşqçiniz Nazim Süleymanov hələ oyundan öncə mətbuat konfransında belə açıqlama verdi ki, “Minsk”ə keçməyəcəmsə, niyə işləyirəm? Təbii ki, 2 ildə sizinlə işləyən çalışdırıcısının getməsini istəməzsiniz və ona nəticə qazanmaqla, arxa durmalısınız...
- Əlbəttə. Baş məşqçinin belə deməyi bizə əlavə məsuliyyət verir və onun istəyini yerinə yetirmək bilavasitə bizim öhdəmizdədir. Çünki bizim hər birimizin gücünə inanaraq, bu sözləri işlədib. Mən öz növbəmdə düşünürəm ki, bütün komanda yoldaşlarımız özlüyündə bu məsuliyyəti hiss edir və səfər oyununda ikiqat güclə oynayacaqlar.
- Oyun sonrası penaltilər seriyasının olmağı realdır və yəqin ki, buna da hazırlaşırsınız...
- Bu, oyundur və sonda 1:1 hesabı ilə nəticələnə bilər. Onu nəzərə alaraq, penaltilər seriyasına hazırlaşırıq. Hər şey ola bilər.
- Buna, 120 dəqiqəyə özünüzü fiziki, psixoloji cəhətdən hazır sayırsınız?
- Əlbəttə. Deməzdim ki, fiziki cəhətdən hansısa problemimiz var. Çünki yetərincə təlim-məşq toplanışı, lazımı hazırlıq keçmişik. Əlavə vaxtda və penaltilər seriyasında isə fiziki cəhətdən daha çox, psixoloji durumun vacib olduğunu düşünürəm. Çünki 120 dəqiqədə fiziki hazırlıqdan daha çox beynin işləməyi, soyuqqanlılıq vacibdir. Penalti vuruşlarını isə lotereya sayıram. Kim özünü təmkinli saxlayıb, penaltini soyuqqanlı vursa, o da qalib gələcək.
- Penaltilərdə qapıçılardan çox şey asılıdır...
- Sözsüz. Mən də öz növbəmdə bunun öhdəsindən gəlməyə çalışıram. Əvvəla, vəziyyəti penaltilərə gətirib çıxarmamağa çalışacağıq. Allah deyən olsun, məsələ bura gəlib çatsa, qalib gəlməyimiz üçün əlimizdən gələni edəcəyəm.
- Ötən mövsüm bu, sizdə alınmışdı...
- Bəli, “Simurq”la ölkə kubokunun 14 final mərhələsinin oyununda olmuşdu. Onda komandamız növbəti mərhələyə çıxdı. Bu, elə məqamdır ki, özümü fərqləndirməzdim. Deməzdim ki, mən penalti zərbələrində nəsə qeyri-adi fəndlərə malikəm və bununla seçilirəm. Sadəcə, vəziyyət belə alınır. Mənim də bir qapıçı kimi əsas vəzifəm 5 zərbədən heç olmasa 1-2-ni dəf etsin.
- Əsas odur ki, hücumçularımız Bakıdan fərqli Minskdə qol imkanlarını boşa verməsin. Onda heç penaltilər seriyasına ehtiyac qalmayacaq....
- İnşallah. Bu haqda danışmışıq. Məşqlərdə də bu yöndə çalışırıq. Hətta sadə qol vəziyyətləri üzərində işləyirik ki, sonda problem olsun. Çünki səfər oyununda bu qədər çox qol şansı olmaya da bilər. Ola bilər ki, 1, yaxud yarım şans olsun. Bunu dəyərincə istifadə edib, vaxtında qol vurmaq lazımdır.
Mehman SÜLEYMANOV, Minsk

0
0