“İlk oyunun nəticəsi o demək deyil ki, Bakıda arxayın oynayacağıq”
07.07.2011 - 08:15
“İlk oyunun nəticəsi o demək deyil ki, Bakıda arxayın oynayacağıq”
“İlk öncə bütün klublarımıza uğurlar arzulayıram. İstərdim ki, onlar heç olmasa ilk mərhələni uğurla adlasınlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

39 yaşlı mütəxəssis Avroliqanın I təsnifat mərhələsinin Litva “Banqa”sı ilə cavab oyunu haqda fikirlərini matç öncəsi keçirilən mətbuat konfransında açıqlayıb: “Sabahkı oyuna gəldikdə isə səfərdə oyunumuz əla alındı. Gözlədiyimizdən yaxşı oldu. Amma bu o demək deyil ki, hər şey yaxşıdı. Hələ çox məşq etməliyik. Bütün komanda cəmi 1 həftə bir yerdə məşq edə bilib. Ona görə də artırmalıyıq. İlk oyunun nəticəsi o demək deyil ki, Bakıda arxayın oynayacağıq. Sabahkı oyuna da ciddi hazırlaşmışıq və yenə də var-gücümüzlə oynayacağıq. Əlbəttə, bütün futbolçular istəyər ki, yaxşı çıxış etsinlər. Ona görə də meydana çıxacaq bütün futbolçuların ən yaxşısını edəcəyinə inanıram”.

Qeyd edək ki, “Qarabağ” səfərdəki ilk oyunda 4:0 hesabı ilə qalib gəlib.

Mənbə: qarabagh.com