Arminas Narbekovas: Bu oyuna yoldaşlıq matçı kimi baxıram
07.07.2011 - 08:22
“Bu oyuna yoldaşlıq matçı kimi baxıram. Sabahkı oyun gənc futbolçuları yoxlamaq üçün əla şansdır. İlk oyunda həyəcan bizə oynama imkan vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Litvanın “Banqa” klubunun baş məşqçisi Arminas Narvekovas deyib.
O, Avroliqanın I təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu ərəfəsində baş tutan mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb: “Amma sabah tam fərqli oynamağa çalışacağıq. “Qarabağ” texnikalı oyun nümayiş etdirir və bunun nəticəsi idi ki, səfərdə böyük hesablı qələbə qazandı. “Qarabağ” Avroliqanın qrup mərhələsinə düşməyə layiqdir. Onlar maraqlı və əsl komanda oyunu nümayiş etdirir. Səfərdə qapımıza 4 gözəl qol vurdular. Xüsusilə də ikinci qolda rəqib bizə futbol dərsi keçdi. Eyni qolu son turda vurduq. Mənim üçün sabahkı oyunun nəticəsi vacib deyil. Siyasi baxımdanda “Qarabağ” haqda çox şey bilirik. Rəqib haqqında bütün məlumatları əldə etmişik”.
Mənbə: qarabagh.com

- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0