“Komandamız sonda konsentrasiyanı itirdi”
07.07.2011 - 08:56
“Bir də təkrar edim ki, Türkiyədəki toplanış çərçivəsində keçirilən bütün oyunlar bizim üçün ancaq hazırlıq xarakteri daşıyır. Futbolçular oyuna böyük yük fonunda çıxırlar. Bu görüşlərin də əsas məqsəd odur ki, oyunçu ağır yükə tab gətirib, yorğunluğa qalib gəlməli və yüksək konsentrasiya nümayiş etdirməlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Türkiyədəki toplanış çərçivəsində “Mersin Idman Yurdu" ilə keçirilən yoxlama oyunundan sonra klubun rəsmi saytına danışıb: “Çoxu bu tapşırığın öhdəsindən gələ bilir, amma bəzilər-xüsusən də komandaya yeni qoşulan futbolçular hələ ki, bunu edə bilmir. Hətta yoldaşlıq oyununda futbolçular ancaq qələbə haqqında düşünməlidirlər. Ona görə də görüşün axırıncı dəqiqələri məni bir az məyus etdi. Mən konsentrasiyanın olmağı barədə artıq söhbət etmişəm və məhz bu dəqiqələrdə oyunçular konsentrasiyanı itirdi. Hesab 3:2 xeyrimizə olarkən, komandamız yüz faizlik qol imkanı yaradıb, amma 4-cü top vurmaq əvəzinə, növbəti hücumda biz öz qapımızda qol gördük”.
Sxadadze komandasında qüsurların olduğunu etiraf edib: “Komandada çox səhv və qeyri-dəqiqlik var idi, amma hazırlığın bu dönəmində bu normaldır. İndi biz məşqlərdə əsas diqqəti fiziki hazırlığa yönəltmişik. Bundan başqa, ötürmələr üzərində də çox çalışmalıyıq. Sevindiricidir ki, hücumçular qol vurur və cavan futbolçular get-gedə artırırlar. Oyunçuların üstünə eyni yükün düşməyi də yaxşıdır. Bu məqam bizə göstərir ki, bütün futbolçular bərabər səviyyədə işləyir. Heyətdə zədəli futbolçuların olmaması bizə əlavə nikbinlik verir. Əsas odur ki, hər şey planlaşdırdığımız kimi gedir. Toplanış çərçivəsində bizi daha bir oyun gözləyir. Bu qarşılaşma çox güclü bir komanda ilə olacaq. Gələcək rəqibimiz - "Terek" klubu indi çox yaxşı durumdadır. Demək istərdim ki, biz yenə iki heyətlə oynayacağıq və çalışmaları plan üzrə davam etdirəcəyik”.

0
0