Əvvəl paxlava, sonra “Banqa”
07.07.2011 - 09:12
“Qarabağ” Avroliqanın I təsnifat mərhələsinin Litva “Banqa”sı ilə oyunu ərəfəsində son məşqini keçirib. Apasport.az saytının məlumatına görə, matçdan 1 gün əvvəl oyunun keçiriləcəyi stadiondakı hazırlıqlar qısa zaman kəsiyini əhatə edib.
Tofiq Bəhramov adına stadionunda 1 saatlıq məşq keçən komandanın baş məşqçi Qurban Qurbanov yetirmələrini elə də çox yormayıb. Daha çox “kvadrat” və qapıya zərbələr üzərində keçən çalışmaya da bütün futbolçular, eləcə də zədə üzündən ilk oyunu buraxan Əfran İsmayılov və Rauf Əliyev də iştirak edib.
Məşqin sonunda isə komanda xoş sürprizlə qarşılaşıb. Belə ki, daim futbolçuları dəstəkləyən azarkeşlər onları paxlavaya qonaq etdilər. Təmsilçimizin ardında “Banqa” da sonuncu məşqə çıxdı. Litvalıların da məşqi 1 saat davam etdi.

- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0