“Fənərbaxça”nın rəhbərləri haqqında həbs-qətimkan tədbiri seçilib
07.07.2011 - 09:45
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılmış “Fənərbağça” klubunun vitse-prezidenti Şekip Mosturoğlu və klubun baş direktoru İlhan Ekşioğlu da daxil olmaqla 15 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib.
APA-nın xəbərinə görə, iyulun 3-də səhər tezdən polis tərəfindən saxlanılmış şəxslərin polisdə saxlanılma müddəti iyulun 6-da başa çatıb və bu şəxslər ifadə vermək üçün prokurorluğa göndərilib. Prokurorluq ifadəsi alınan 25 nəfərdən aralarında “Fənərbağça”nın futbolçuları Emmanuel Emenike və Sezər Öztürk də daxil olmaqla 5 nəfəri sərbəst buraxıb, 20 nəfəri isə həbs-qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə göndərib.
Məhkəmədə 20 nəfərin 6 iyul axşamı başlayan sorğu-sualı iyulun 7-də səhər saatlarına qədər davam edib. Məhkəmə 20 nəfərdən 5-ni sərbəst buraxıb. “Fənərbağça” klubunun vitse-prezidenti Şekip Mosturoğlu, klubun baş direktoru İlhan Ekşioğlu, klubun baş mühasibi Tamer Yelkovan, klubun qeyri-futbol şöbələrinin koordinatoru Cəmil Turan, “Sivasspor” klubunun prezidenti Məcnun Odyakmaz, “Sivasspor”un qapıçısı Korcan Çelikay, “Əskişəhərspor” futbol komandasının baş məşqçisi Bülənt Uyğun, “Əskişəhərspor” klubunun idman direktoru, keçmiş futbol ulduzu Ümit Karan kimi Türkiyə futbolunun tanınmış və nüfuzlu simaları da daxil olmaqla 15 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib. Bununla da işlə əlaqəli barəsində həbs-qətimkan tədbiri seçilən şəxslərin sayı 22-yə çatıb. Danışılmış oyunları təşkil edən mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda ittiham edilən bu şəxslər İstanbuldakı Metris həbsxanasına göndərilib.
Mütəşəkkil cinayətkar dəstənin rəhbəri olmaqda ittiham edilən “Fənərbağça” prezidenti Əziz Yıldırım səhhətindəki problemlərlə əlaqədar hələlik dindirilməyib. O, hazırda polisin nəzarəti altında xəstəxanada müalicə olunur.

0
0