Olimpiada - 2018-in keçiriləcəyi yer müəyyənləşdi
07.07.2011 - 10:01
2018-ci il Qış Olimpiya Oyunları Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.
Lent.az-ın məlumatına görə, bu qərar Beynəlxalq Olimpiya Komitəsinin Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilmiş sessiyasında qəbul olunub.
Pxençxan digər iddiaçılar - Almaniyanın Münhen və Fransanın Ansi şəhərlərini üstələyib. Qalib elə ilk turda müəyyənləşib. Koreya şəhəri daha çox səs yığıb.
Əvvəllər Pxençxan Qış Olimpiya Oyunları uğrunda 2 dəfə mübarizə aparıb. Lakin 2010-cu il olimpiadasının Kanadanın Vankuver, 2014-cü il olimpiadasının isə Rusiyanın Soçi şəhərlərində təşkilinə qərar verilib.
Qeyd edək ki, əvvəllər Qış Olimpiya Oyunları Asiyada cəmi 2 dəfə yalnız Yaponiya şəhərlərində keçirilib. 1972-ci ildə olimpiadanı Sapporo, 1998-ci ildə isə Naqano şəhərləri qəbul edib. Cənubi Koreyada isə Yay Olimpiya Oyunları təşkil olunub. Bu, 1988-ci ildə Seulda baş tutub.

- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0