“Erməni futbolçu meydanda olsa, biz təxribata getmərik”
07.07.2011 - 12:00
“Rəqibimizin heyətində olan erməni futbolçu Andrey Xaçaturyanın müsahibəsini saytınızdan oxudum. Mən inanıram ki, heç bir azərbaycanlı belə müsahibə verməzdi”. Bu fikirləri apasport.az saytının Minskə ezam olunmuş əməkdaşına açıqlamasında Bakının AZAL klubunun kapitanı Aqil Nəbiyev deyib. Azərbaycanı Avroliqada təmsil edən komandamızın I təsnifat mərhələsində düşdüyü “Minsk”in heyətində olan Andrey Xaçaturyan Belarus vətəndaşı olsa da, milliyətcə ermənidir. Ancaq o, hələ Bakıdakı oyundan öncə saytımıza müsahibəsində erməni yox, belaruslu olduğunu deyərək, zədələnməsinə görə ölkəmizə gəlməyəcəyini bildirmişdi. Bunu isə daha çox bəhanə saymaq olar. Hər halda, erməni Bakıya gəlmək istəməz və “Minsk” də problemlə üzləşmək istəməzdi. Xaçaturyanın zədəli olduğu deyilsə də, cavab görüşündə meydana çıxacağı gözləniləndir. Çünki o, artıq Minskdəki görüşün iştirakçısıdır və meydanda çıxmaqda heç bir problem olmayacaq.
AZAL-ın azərbaycanlı kapitanı erməni ilə meydanda görüşməli olarsa, fikirlərini bilmək maraqlı olardı. Nəbiyevin Xaçaturyanın erməni olmağını danmağını başa düşmür: “O deyir ki, mən özümü erməni hesab etmirəm. Belarusda doğulmuşam, boya-başa çatmışam. Mənim özünə hörmət qoymayan bir millətə sözüm yoxdur. Onun damarından erməni qaxır. Ancaq bunu boynundan ataraq, belaruslu olduğu deyir. Mənim fikrimcə, Xaçaturyan Azərbaycana gəlməkdən qorxdu və cavab matçında oynayacaq. Əlbəttə, onun zədəli olması daha çox bəhanəyə oxşayır. Bunu yalandan deyərək, gəlmədi. Ev oyununda meydana çıxıb, özünü göstərməyə çalışacaq. Bilirəm ki, 90 dəqiqədə nəyi var qoyub, oynayacaq”.
Aqilin sözlərinə görə, erməni meydanda olsa belə, AZAL-ın heç bir futbolçusu təxribata getməyəcək: “Erməni futbolçu meydanda olsa belə, komandamız heç vaxt təxribata getməz. Çünki bilirik ki, bu oyun bizim üçün necə vacibdir. Başa düşürəm ki, erməninin təxribatının qurbanı olaraq, qırmızı vərəqə alıb, komandamızı çətin vəziyyətdə qoya bilərik. Ancaq bunun olmayacağına inanıram. AZAL fiziki, psixoloji, hər cəhətdən hazırlanmış komandadır. Səfərdəki oyunumuzu sakit tərzdə keçirib, qələbə ilə dönməliyik”.
Mehman SÜLEYMANOV, Minsk

0
0