Aleksey Qoyxman: Vaqif Cavadovun qışdakı qiyməti bizi qane etmirdi
07.07.2011 - 12:31
Aleksey Qoyxman: Vaqif Cavadovun qışdakı qiyməti bizi qane etmirdi
“Bizim seleksiya xidməti çoxdan Vaqif Cavadova göz qoymuşdu. Lakin qışda onun qiyməti bizi qane etmirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Volqa” klubunun prezidenti Aleksey Qoyxman deyib.

Premyer Liqada debüt mövsümünü keçirən Nijni-Novqorod təmsilçisinin rəhbəri növbəti dəfə Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun transferinə toxunub və yeni məqamlar ortaya çıxıb: “Otar Martsvaladzenin komandadan gedəcəyi aydın olanda biz yenidən Vaqiflə bağlı danışıqları bərpa etdik. O, Krasnodara gedən günün ertəsi Azərbaycan yığmasının hücumçusu ilə müqavilə bağladıq. O, “Volqa”ya lazım olan futbolçudur və inanıram ki, yaxın gələcəkdə özünü göstərəcək”.