“Qəbələ”nin baş məşqçisi üçün xoş sürpriz - FOTO
07.07.2011 - 11:44
“Qəbələ” klubunun baş məşqçisi Toni Adams İngiltərədə olduğu vaxt xoş sürprizlə üzləşib. Apasport.az saytının məlumatına görə, vətənində olan britaniyalı mütəxəssis iş yerinə qayıtmazdan əvvəl telefon dükanına baş çəkməyi lazım bilib. Lakin burada o, gözlənilməz hadisə ilə üzləşib. Belə ki, mağazanın satıcısı Adamsı az qala qorxudacaq dərəcədə sıçrayış edərək özünü əfsanənin yanına atıb. Sən demə mağaza əməkdaşı İngiltərə yığması və “Arsenal”ın kapitanından avtoqraf almaq eşqinə düşüb. Bu imkanı əldə edən satıcı Adamsla şəkil çəkdirib, avtoqraf alıb. O, bunu elə izah edib: “Adams İngiltərənin əsl əfsanəsidir. Üstəlik o, əla insandır”.
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0