Xuliqanlar “Neftçi”yə rəqib verdi
07.07.2011 - 13:52
Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” klubu Rumıniyanın ən titullu komandası olan “Styaua” ilə qarşılaşa bilər. Apasport.az saytının məlumatına görə, Rumıniya mətbuatı əvvəlcədən planlaşdırılmayan bu qarşılaşmanın bu gün baş tutacağını iddia edir. Bu ölkədən olan həmkarlarımıza inansaq “Neftçi” – “Styaua” görüşünün keçirilməsinin səbəbkarları futbol xuliqanlarıdır. Belə ki, Rumıniya təmsilçisi Xorvatiyanın “Xayduk” klubu ilə qarşılaşmalı idi. Lakin Avstriya polisi bu matçın keçirilməsinə qadağa qoyub. Səbəb kimi “Xayduk” tərəfdarları oyun zamanı qalmaqal törətməyi planlaşdırdığı haqda məlumatın əldə edildiyi göstərilib. Bu vəziyyətlə üzləşən “Styaua” təcili şəkildə rəqib tapmalı olub və “Neftçi” ilə razılaşıb.
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0