Futzal yığmamızın rəqibləri bəlli oldu
07.07.2011 - 16:54
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə dünya çempionatının ilkin və əsas seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi əsas seçmə mərhələnin 5-ci qrupunda Xorvatiya, Ukrayna yığmaları və ilkin seçmə mərhələnin E qrupunda birinci yeri tutacaq komanda ilə mübarizə aparacaq. İlkin seçmə mərhələnin E qrupunda Makedoniya, Çernoqoriya, Fransa və İsveçrə yığmaları yer alıb.
Xatırladaq ki, futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində millimizin mübarizə aparacağı 5-ci qrupun oyunları dekabrın 14-dən 18-dək olan müddətdə Bakı şəhərində keçiriləcək.
Mənbə: affa.az
Xatırladaq ki, futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində millimizin mübarizə aparacağı 5-ci qrupun oyunları dekabrın 14-dən 18-dək olan müddətdə Bakı şəhərində keçiriləcək.
Mənbə: affa.az
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0