“Xəzər Lənkəran” – “Makkabi” matçının bütün hakimləri müəyyənləşdi
07.07.2011 - 19:26
“Xəzər Lənkəran” – “Makkabi” matçının bütün hakimləri müəyyənləşdi
Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran” və İsrailin “Makkabi” (Təl-Əviv) komandaları arasında keçiriləcək cavab görüşünün bütün hakimləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, iyulun 21-də Lənkəran şəhər mərkəzi stadionunda baş tutacaq qarşılaşmaya ukraynalı hakimlər briqadası təyinat alıb.

Baş hakim Andrey Şandora yan xətt hakimləri qismində Oleq Muravyov və Vladimir Volodin kömək edəcəklər. Dördüncü hakim Yaroslav Kozik olacaq. Hakim-inspektor isə portuqaliyalı Nuno Kastrodur.

Oyun saat saat 20:30-da başlanacaq.