“Bakı” növbəti transferini reallaşdırdı
07.07.2011 - 22:11
Sloveniyada təlim-məşq toplanışı keçən "Bakı" klubu Litva millisinin üzvü ilə 2 illik müqavilə imzalayıb. apasport.az saytının məlumata görə, 30 yaşlı Deyvidas Çesnauskis 2013-cü ilə qədər “zolaqlılar”nı şərəfini qoruyacaq.
1981-ci ilin 30 iyun tarixində anadan olan Çesnauskisin futbolçu karyerası Litvanın “Ekranas” klubunda başlayıb. 1997-2000-ci illərdə Panevejis klubunun şərəfini qoruyan müdafiəçi Rusiyanın “Dinamo” Moskva klubuna transfer olunub.
2003-cü ilə qədər “Dinamo” forması geyən litvalı futbolçu, 2004-cü ildə Moskvanın digər iddialı klubu “Lokomotiv”ə keçib. Deyvidas 2005-2009-cu illərdə Şotlandiyanın “Hearts” (Heart of Midlothian) klubunda çıxış edib. Bu klubda 68 oyun keçirən Çesnauskis 5 qola imza atıb.
2009-cu ildə Yunanıstan təmsilçisi “Erqotelis”lə anlaşan futbolçu (24 oyun 2 qol), 2010-cu ildə ünvanını “Aris”ə dəyişib. Cari mövsüm 15 dəfə Yunanıstan çempionatında forma geyən Deyvidas Çesnauskis bu gündən etibarən "Bakı"nın Sloveniyada keçirdiyi təlim-məşq toplantısına qatılıb.
Qeyd edək ki, Çesnauskis Litva milli komandasının hetərində 37 oyun keçirib və 4 qola imza atıb. Futbolçunun boyu 181 sm-dir.

0
0