Arminas Narbekovas: “Qarabağ” bizdən güclü idi
07.07.2011 - 22:15
“Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Rəqibimiz həqiqətən də bizdən güclü idi”. Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"la Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra Litvanın "Banqa" komandasının baş məşqçisi Arminas Narbekovas deyib.
Narbekovasın fikrincə, "Qarabağ" belə davam etsə, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacaq. Baş məşqçi "Banqa"dakı problemlərdən də danışıb: "Biz bu oyuna itkilərlə çıxmışdıq. Bakıya cəmi 14 futbolçu ilə gəlmişdik. "Qarabağ" bizə oynamaq imkan vermədi. Yenə deyirəm, Litva çempionatı Azərbaycan çempionatından zəifdir".
Qeyd edək ki, "Qarabağ" "Banqa"nı səfərdə 4:0, evdə isə 3:0 hesabı ilə yenərək, II təsnifat mərhələsinə yüksəlib. Növbəti rəqib Farer adalarının "Streymur" komandası olacaq.

- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0