Avrokubokların I təsnifat mərhələsinin 2 ən yaxşısı müəyyənləşdi
08.07.2011 - 13:51
Avrokubokların I təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında 2, Avropa Liqasında isə 25 cüt öz aralarında münasibətlərini aydınlaşdırıb. Bu 54 komandanın qarşılaşmalarında 2 klub digərlərindən fərqlənib. Söhbət hər 2 oyunda böyük hesabla qələbə qazanan komandalardan gedir. Bunlar Azərbaycan çempionatının bürünc mükafatçısı “Qarabağ” və Makedoniya “Rabotniçki”sidir. Onların hər ikisi I təsnifat mərhələsini darmadağınlarla keçib. Amma bu 2 komanda arasında 1 fərq var ki, “Qarabağ” matçlardan birində 4 top üstünlüyü qazanıb, makedoniyalılar isə hər 2 halda “3”lə kifayətləniblər.
Hər 2 matçda böyük hesabla nəticələnən cütlər
“Qarabağ” (Azərbaycan) – “Banqa” (Litva) – 3:0 (ilk oyun - 4:0)
“Rabotniçki” (Makedoniya) – “Trans” (Estoniya) – 3:0 (ilk oyun - 4:1)
Hər 2 matçda böyük hesabla nəticələnən cütlər
“Qarabağ” (Azərbaycan) – “Banqa” (Litva) – 3:0 (ilk oyun - 4:0)
“Rabotniçki” (Makedoniya) – “Trans” (Estoniya) – 3:0 (ilk oyun - 4:1)
0
0