Azərbaycan çempionu Avropada rekord vuran turnirə qatılır
09.07.2011 - 12:05
Azərbaycan çempionu Avropada rekord vuran turnirə qatılır
Azərbaycanın son illərdə dəyişməz çempionu olan “Araz” futzal klubunun çıxış edəcəyi UEFA kuboku tarixə düşəcək. Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisinin qatılacağı 2011/12 turniri rekord komanda iştirak edəcək. Belə ki, 49 ölkədən 28-i UEFA kubokunda təmsil olunacaq.

İlkin seçmə mərhələdə qrup qalibləri əsas mərhələyə çıxacaq və orda onlara daha 17 komanda qoşulacaq. Əsas mərhələdə qrupda ilk 2 komanda elit mərhələsinə vəsiqə qazanacaq. Onun püşkatması oktyabrın 11-də keçiriləcək.

“Araz” birbaşa elit mərhələyə buraxılan 4 komandadan biridir. Qalanlar ötən mövsüm UEFA kubokunun qalibi İtaliyanın “Montelsilvano”, finalçısı Portuqaliyanın “Sportinq” və “Araz” kimi bürünc medal qazanan Qazaxıstanın “Kayrat” klubudur. Həlledici mərhələnin oyunları noyabrın 12-dən 20-dək keçiriləcək. Elit mərhələsinin yekununa əsasən 4 ən yaxşı komanda gələn ilin aprelində “Dördlər finalı”nda UEFA kubokunun yeni qalibi müəyyənləşdirəcək.