İbrahim Karqbo “Bakı” ilə Sloveniyadan qayıtmadı
11.07.2011 - 17:55
“Bakı” klubu Sloveniyadakı təlim-məşq toplanışının ilk mərhələsini başa vuraraq Vətənə dönüb. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, komanda hazırlığının ikinci mərhələsini 13-17 iyul aralığında öz təlim-məşq bazasında davam etdirəcək. Sabah bir araya gələcək “Bakı” həmin gündən etibarən bir məşqlə hazırlıqlara start verəcək. Saat 19:00-da baş tutacaq məşq bazanın təbii örtüklü meydançasında keçiriləcək.
İlk məşqdə İbrahim Karqbo və 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Nurlan Novruzovla Rəhman Hacıyev iştirak etməyəcəklər. Syerra-Leone yığmasının üzvü olan Karqbo pasportunda yaranan problem səbəbindən komandaya iyulun 17-də Sloveniyada qatılacaq. “Bakı”nın düşərgəsində xoş xəbər zədə üzündən Sloveniya toplanışında iştirak edə bilməyən Əziz Quliyevin sabahdan komandaya qoşulmasıdır.

0
0