Leko “Neftçi”nin zəif xəttini və təhlükəli futbolçusunu açıqladı
11.07.2011 - 18:10
“Artıq Neftçi”nin 2 oyunundan kadrları izləmişik. Rəqibi oyun öncəsi daha detallı təhlil edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Zaqreb “Dinamo”sunun aparıcı futbolçusu Jerko Leko deyib. Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 13-də “Neftçi” ilə ev oyununa çıxacaq təcrübəli müdafiəçi özlərini cütün favoriti sayır: “Mən təbiətcə optimistəm. Fikrimcə, şansların 70-in 30-a bizim xeyrimizədir. “Neftçi” “Maksimir” stadionda yaxşı futbol göstərməyə çalışacaq. Biz buna hazır olub, oyuna diqtə etməli, öz üstün cəhətlərimizdən necə istifadə etməyi bilməliyik. Biz onlara yaxşı oynamağa imkan verməməliyik”.
Çempionumuzun oyun xətlərini dəyərləndirən Leko ən çox çəkindikləri futbolçunun adını da çəkib: “Bu, Flavinyodur. Məncə, bu braziliyalı yarımmüdafiəçi rəqibin ən təhlükəli futbolçularındandır. Ümumiyyətlə, “Neftçi”nin yarımmüdafiə xətti çox təhlükəlidir və onu zərərsizləşdirmək üçün meydanda çox işləməliyik. Bəli, onların müdafiəsi digər xətlərlə müqayisədə zəifdir, yarımmüdafiəçi və hücum xətti daha yaxşıdır”.
Qeyd edək ki, Leko futbolda ilk addımlarını atdığı Zaqreb “Dinamo”suna bu il qayıdıb. Kiyev “Dinamo”su, Fransanın “Monako”, Türkiyənin “Bucaspor” klubunda oynamış xorvatiyalı müdafiəçi 2002-ci ildən cəlb olunduğu yığmasında 59 oyunda 2 qol vurub. Jerko indiki klubu ilə 2001-02-ci illərdə 2 il dalbadal Xorvatiya kuboku və 1 dəfə Superkubokunu (2002) qazanıb.

0
0