“Xəzər Lənkəran” İsraildə haqsızlıqla üzləşdi
12.07.2011 - 13:50
“Xəzər Lənkəran” İsraildə haqsızlıqla üzləşdi
Azərbaycanı Avroliqada təmsil edən “Xəzər Lənkəran” klubu bu gün İsrailə gəlib. Apasport.az saytının məlumatına görə, turnirin II təsnifat mərhələsində iyulun 14-də “Makkabi”nin qonağı olacaq lənkəranlılar Təl-Əvivdə Avstriyadan gəlib. Yerli vaxtla saat 04:00-da (Bakı vaxtilə 06:00) İsrail paytaxtına çatan cənub təmsilçisi beşulduzlu, 20 mərtəbəli “İnterkontinental” otelində məskunlaşıb.

“Xəzər Lənkəran”ın Təl-Əvivdə 2 saat ləngiməli olub. Belə ki, viza, sənəd məsələlərinə xüsusi diqqət yetirən israillilər həmyerlilərimizi süründürüblər. Komanda üzvləri elə hava limanında xeyli müddət sorğu-suala tutulublar, bir sıra üzvləri elə orada qalmalı olduğundan, otelə tam şəkildə getmək mümkün olmayıb.

Ümumiyyətlə, İsrailə viza problemləri “Xəzər Lənkəran”ın planlarını pozub. Əvvəla, lənkəranlılar vətənə nəzərdə tutulduğu kimi, çarter reysi ilə yox, oyundan 1 gün sonra reyslə qayıtmalı olacaq. Bundan əlavə, Bakıdan mətbuat nümayəndələrinin də Təl-Əvivə yollanması planda idi. Ancaq viza problemi bunun da reallaşmasına əngəl olub və klubun ofisinin 4 işçinin oyun günü İsrail paytaxtına gələ biləcək.