AZAL yeni baş məşqçisi ilə anlaşdı
12.07.2011 - 21:17
AZAL yeni baş məşqçisi ilə anlaşdı
Bakının AZAL klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisini bundan sonra Elxan Abdullayev çalışdıracaq. AZAL rəhbərliyi 41 yaşlı mütəxəssislə anlaşıb və yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacaq. O, Avroliqanın I təsnifat mərhələsinin “Minsk”lə (Belarus) cavab oyunundan (1:2) sonra istefa verən Nazim Süleymanovun boş qoyduğu posta yiyələnib.

Qeyd edək ki, Abdullayevin son iş yeri məşqçi kimi çalışdığı Qazaxıstanın “Atırau” klubu olub. Ölkə xaricində çalışan mütəxəssis baş məşqçi Ramiz Məmmədovun istefasından sonra həmin komandadan ayrılanlar sırasında olmuşdu. Məşqçilik karyerasını 28 yaşında başlayan Abdullayev bunadək uzun müddət “Dinamo”ya rəhbərlik edib, klubun “Bakı” adı altında ilk baş məşqçisi olub, həmçinin “Qarabağ”ın “sükanı arxasın”da çalışıb. Bundan başqa o, Azərbaycan milli komandaları və “İnter”də məşqçi vəzifəsini tutub.