Vaqif Cavadov ingilislərə qol vura bilmədi
12.07.2011 - 23:18
Vaqif Cavadov ingilislərə qol vura bilmədi
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” klubu Avstriyadakı təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının xəbərinə görə, Rusiya təmsilçisi ikinci yoxlama matçında qüvvəsini sınayıb.

Həmyerlimizin komandasının rəqibi İngiltərənin III Liqa təmsilçisi “Sheffild Vednesday” klubu olub. Qolsuz bərabərliklə nəticələnən görüşdə Cavadov son 20 dəqiqədə meydana çıxmaq şansı qazanıb.