TFF “Fənərbaxça”nın çempionluğunu əlindən almayacağını bəyan etdi
13.07.2011 - 08:38
TFF “Fənərbaxça”nın çempionluğunu əlindən almayacağını bəyan etdi
Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbaxça” klubunun çempionluğunu əlindən almayacaq. Apasport.az saytının məlumatına görə, TFF ötən mövsümün çempionu olan İstanbul klubunun bir neçə məmurunun həbsinə baxmayaraq, onun nəticələrinin ləğv olunmağına baxılmayacağını bəyan edib. Bu isə o deməkdir ki, “Fənər”in prezidenti Əziz Yıldırım danışılmış oyunlarda əsas şübhəli şəxslərdən olmasına baxmayaraq, klub çempion qalacaq. Federasiya hesab edir ki, nəticələrin ləğv olunmağına sübut çatmır. İndi bu işlə bağlı 60-dan çox şəxs sorğu-sual edilir ki, onların yarısı həbsxanada hökmü gözləyir.