Berti Foqts “Neftçi” və “Xəzər Lənkəran”ın səfər oyunlarını izləyəcək
13.07.2011 - 09:25
Berti Foqts “Neftçi” və “Xəzər Lənkəran”ın səfər oyunlarını izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Xorvatiyaya yollanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bu gün “Neftçi”nin Çempionlar Liqasında II təsnifat mərhələsində Zaqreb “Dinamo”sunun səfər oyununu “Maksimir” stadionundan izləyəcək. Foqts bundan dərhal sonra İsrailə üz tutacaq. O, sabah “Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə səfər görüşünü stadiondan izləyəcək.

Mənbə: affa.az