Sergey Yuran: “Simurq” variantı haqda danışmağa hazır deyiləm
13.07.2011 - 11:49
Sergey Yuran: “Simurq” variantı haqda danışmağa hazır deyiləm
“Hələlik bu mövzuda danışmağa hazır deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçi postuna təyin olunacağı gözlənilən Sergey Yuran deyib.

Kiyev “Dinamo”su və Moskva “Spartak”ındakı çıxışları ilə tanınan veteran futbolçu baş məşqçi kimi Azərbaycanda çalışacağı ilə bağölı xəbərə münasibət bildirməkdən boyun qaçırıb: “Gəlin bir-iki gün də gözləyək. Bu fikirlərimə nə isə əlavə edə bilmərəm”.

Qeyd edək ki, qarşıdakı mövsümdə I divizionda çıxış etməli olan “Simurq” premyer Liqada da oynaya bilər. Bu, “Muğan”ın aşağı dəstəyə keçmək istəyini gerçəkləşdirəcəyi halda gözlənilir.