“Qarabağ” oyun günü də məşq edəcək
13.07.2011 - 12:29
“Qarabağ” oyun günü də məşq edəcək
Avroliqanın II təsnifat mərhələsində “Streymur”la qarşılaşacaq “Qarabağ” artıq ilk oyunun baş tutacağı Farer adalarındadır. Apasport.az saytının məlumatına görə, iyulun 12-də səhər saatlarında Bakını tərk edən ağdamlılar Bakı – İstanbul – Kopenhagen - Torshavn reysiylə hərəkət edərək uzun sürən yolçuluqdan sonra nəhayət adalara çatıb.

Bu günü komanda tək məşqlə keçirəcək. Yerli vaxtla 12:00-da (Bakı vaxtıyla 18:00) “Qarabağ” oyunun keçiriləcəyi “Qundadalur” stadionunda məşqə çaxacaq. Amma bu təmsilçimizin son məşqi olmayacaq. Belə ki, sabah oyun qabağı Farer adaları vaxtıyla 11:30-da da komandamız məşqə çıxacaq.

Qeyd edək ki, “Streymur” – “Qarabağ” oyunu iyulun 14-ü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.