“Çelsi”nin sabiq futbolçusu Bakıdakı ekstremal şəraitdən danışdı
13.07.2011 - 18:04
“Ən ekstremal reportajım Azərbaycan – Rusiya oyununda olub. Bakıdakı həmin görüşə məni Andrey Qolovanovla birgə yollamışdılar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının sabiq kapitanı Aleksey Smertin deyib. Karyerası boyu Londonun “Çelsi” klubunda da oynamış 36 yaşlı yarımmüdafiəçi karyerasını bitirdikdən sonra şərhçilik edir.
Milli komandasının 2009-cu ilin oktyabrın 14-də yığmamızla Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesabı ilə nəticələnən rəsmi oyununu xatırlayan Smertin üzləşdiyi çətinliklərdən danışıb: “90 dəqiqə Moskva ilə əlaqəmiz yox idi. Qulaqcıqlarda öz səsimizdən başqa heç nə eşitmirdik. Tribunalarda səs-küy olmayanda işləməyə adət etmirsən. Adama elə gəlir ki, boşuna danışırsan. Üstəlik, Bakıdakı stadionunda şərhçilər kabinəsi elə də rahat deyildi. O, bir nəfər üçün nəzərdə tutulmuşdu. Monitor elə dayanıb ki, meydançanın 1/3-ni örtür. Nəticədə ayaq üstə şərhçilik etməli olduq”.

0
0