“Makkabi” yaxşı komandadır, amma lap yaxşı deyil"
13.07.2011 - 20:34
“Makkabi” yaxşı komandadır, amma lap yaxşı deyil"
“Viza probleminə görə azarkeşlərimizin sabahkı oyuna gəlməsində problem yaranıb. Amma inanıram ki, burda yaşayan azərbaycanlılar bizə dəstək verəcək. Eyni zamanda, bizi televiziya vasitəsilə minlərlə azarkeşi izləyəcək”. Apasport.az saytının xəbərinə görə, bu fikirləri “Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayev deyib.

İyulun 14-də Avropa Liqasının II təsnifat mərhələsində “Makkabi” ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik və kapitan Kamran Ağayev bu gün Təl-Əvivdə mətbuat konfransında iştirak ediblər. “Blomfild” stadionunun konfrans zalında baş tutan görüşdə Ağayev öncə yerli jurnalistlərin suallarını cavablandırıb: “Makkabi” yaxşı komandadır, amma biz də bu oyuna yaxşı hazırlaşmışıq. Biz rəqibin haqda yox, ancaq öz oyunumuz haqda fikirləşirik. İnanırıq ki, burdan yaxşı nəticə ilə qayıdacağıq”.