Mirça Rednik: Biz bura əyləncə üçün gəlməmişik
13.07.2011 - 21:07
Avropa Liqasının II təsnifat mərhələsində “Makkabi” ilə qarşılşacaq “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının Təl-əvivə ezam olunan əməkdaşının xəbərinə görə, matçın baş tutacağı “Blumfild” stadionunun konfrans zalında baş tutan görüşdə rumıniyalı çalışdırıcı öncə yerli jurnalistlərin suallarını cavablandırıb: “Fikrimcə, siz hesab edirsiniz ki, mənim komandam güclü deyil. Amma yaxşı bilirəm ki, “Xəzər Lənkəran” güclü klubdur. Biz bura elə-belə gəlməmişik. Komandamızın qarşısında real şans var. “Makkabi”nin çox yaxşı komanda olduğunu bilirəm. İkinci oyun Lənkəranda olacaq və orada vəziyyət digər ssenari ilə davam edə bilər. Bura əyləncə üçün gəlməmişik”.
Rednik bildirib ki, sabah qarşılaşacağı rəqibin oyunlarını izləməyib: “Hələlik rəqibin oyunlarını izləməmişəm. Amma məndə məlumat var ki, “Makkabi” Rumıniya çempionu “Otselul”la görüşdə məğlub edib. Rəqibimiz güclü komandadır. Gəlin, sabahı, oyunun necə keçəcəyini gözləyək. Bilirəm ki, komandamıza sabah güclü təzyiq ediləcək. Bilmək istəyirsinizsə, Azərbaycan yığmasında, son illər Çempionlar Liqasında oynayan futbolçular var. Onların avrokubok görüşlərində kifayət qədər təcrübəsi var. Deyə bilərəm ki, Azərbaycan futbolunun səviyyəsi yüksək deyil. Amma son bir ildə gördüklərimə əsasən deyə bilərəm ki, hazırda tərəqqidədir. Azarkeşlər 15 minlik tutumu olan Lənkəran stadionunda çox gözəl atmosfer yaradırlar. İstərdim ki, həmin ab-havanı sabahkı oyunda da görüm. Bu, komandalar üçün də yaxşı motivasiya olacaq”.

0
0