“Bakı” kimi komandada forma geymək çox xoşdur”
14.07.2011 - 10:38
”Azərbaycan çempionatı barədə məlumatlı idim. Burada futbol oynayan çox tanışlarım var. Bilirəm ki, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir və güclü futbolçular az deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın yeni transferi olan Denis İvanov klubun rəsmi saytına açıqlamasında deyib. Milli komandasının üzvü olan təcrübəli müdafiəçi Türkiyənin “Sivasspor” klubundan gəlib. İlkin təəssüratlarını bölüşən Denis gördüklərindən razı qalıb: “İlkin təəssüratlarım olduqca müsbətdir. Görünür ki, işlər peşəkar səviyyədə qurulub. Futbolçular arasında, personal və məşqçilərlə münasibətlər səmimiyyət üzərində qurulub. Belə komandada forma geymək xeyli xoşdur. Komanda qarşısında yüksək vəzifələr qoyulmursa, oynamağın mənası yoxdur. Yaxşı komandamız və futbolçularımız var. İstənilən vəzifənin öhdəsindən gələ bilərik”.
0
0