“Maksimir”dəki auditoriyanın qarşısına çıxanda məni qorxu bürüdü”
14.07.2011 - 10:48
“Bu gün stadiona gəlib bizi dəstəkləyən azarkeşlərimizin hamısına təşəkkür edirəm. Açığı “Maksimir”dəki böyük auditoriyanın qarşısına çıxanda mənim özümü də bir anlıq qorxu bürüdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mehmet Alispahiç deyib.
Yeni klubundakı debüt matçı Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə matçına təsadüf edən futbolçu 3:0 hesablı qələbəyə şad olduğunu bildirib: “Dolu tribunalar qarşısında arenaya çıxanda elə hisslər yaşayırsan ki, bunu sözlə ifadə etmək çətindir. Bu, xüsusi bir hissdir. O ki qaldı 3 top fərqi ilə qalib gəlməyimizə indi bu haqda danışmağa vaxtımız yoxdur. Cavab oyunu ərəfəsində arxayınlaşmamalıyıq. Şübhəsiz ki, işimizin böyük hisssini artıq görmüşük”.

0
0