“Dinamo”nun kapitanı: “Neftçi” ilə oyundan sonra fantastik hisslər keçirirəm
14.07.2011 - 11:06
“Dinamo”nun kapitanı: “Neftçi” ilə oyundan sonra fantastik hisslər keçirirəm
“Neftçi” ilə oyundan sonra fantastik hisslər keçirirəm. Sizin hamınıza minnətdarlıq edirəm!”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin Çempionlar Liqasında rəqibi olan Zaqreb “Dinamo”sunun kapitanı Milan Badelj deyib. Komandamıza böyük hesabla qalib gəldikləri (3:0) ev oyununda hesabı açan yarımmüdafiəçi vurduğu qoldan sonra xoş hisslər keçirdiyini bildirib.

Milan onları çılğın dəstəkləyən, “Maksimir” stadionunu tam dolduran azarkeşlərinə minnətdarlıq edib: “Belə çox insan qarşısında buna nail olub qalib gəlmək sevindiricidir. Bu, sadəcə, əladır. Biz stadionun belə dolu olmasını görəndə heyran olduq. Həqiqətən bizi qışqıraraq, dəstəklədiyinizə görə sizlərə çox sağ ol düşür”.

Badelj layiqli qələbə qazandıqlarını düşünür: “Hesab edirəm ki, ilk hissədə isti olduğu oynamaq yetərincə çətin idi. Ancaq biz yaxşı oynadıq və layiqli qələbə qazandıq. Ancaq bunu çox bayram etmirik. Bu, yalnız mövsümün əvvəlidir və bizim üçün vacib mərhələdir. Qarşıda daha çox işlərimiz var. Ancaq sözsüz ki, bu, gözəl başlanğıcdır”.