“Neftçi”yə vurduğum qolları ailəmə həsr edirəm”
14.07.2011 - 11:22
“Neftçi”yə vurduğum qolları ailəmə həsr edirəm”
“Mən həyatım boyu “Dinamo”da oynamağı arzulamışam. Tam dolu olan “Maksimir” stadionunda qaçmaq, sonradan 2 qol vurmaq – sözüm yoxdur. Mən çox xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bu fikriləri “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan Zaqreb “Dinamo”sunun futbolçusu İvan Krstanoviç deyib. Mövsümlərarası fasilədə “NK Zaqreb” klubundan transfer edilən ucaboylu hücumçu rəsmi debütü çox uğurlu alındı. Belə ki, Krstanoviç “Maksimir” stadionunda etdiyi dublla böyük hesablı qələbə əsas pay sahibi oldu: “Biz yaxşı oynayaraq qələbə qazandıq və böyük üstünlük təmin etdik. Gələn həftə Bakıya yollanıb, cavab oyununu keçirəcəyik. Orada mərhələ keçmək işini yerinə yetirməliyik”.

Günün qəhrəmanı vurduğu qolları kimə həsrət etdiyin bildirib: “Mən qollarımı ailəmə həsr edirəm. Onlar həmişə mənim yanında olub”.

Qeyd edək ki, İvan ötən mövsüm vurduğu 19 qolla Xorvatiya çempionatının yüksək liqasının bombardiri olub.