“Xəzər Lənkəran” darmadağından qaçıb, şansını saxladı
14.07.2011 - 23:19
“Xəzər Lənkəran” klubu avrokubokların 2011/12 mövsümündə debüt edib. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi ölkə kubokunun qalibi olduğundan, Avroliqada mübarizəyə II təsnifat mərhələsindən başlamaq hüququ qazanıb. Komanda 1 ildir onu çalışdıran rumıniyalı Mirça Rednikin rəhbərliyi altında qitə miqyaslı turnirdə ilk oyununu İsrailin paytaxtı Təl-Əvivdə keçirib.
Yerli “Makkabi” ilə qarşılaşan təmsilçimiz 3:1 hesabı ilə məğlub olsa da mərhələ keçmək şansını saxlayıb. Hələ ilk hissədə 3 qol buraxsa da fasiləyə ümidlə yollanıb. Belə ki, Andrey Mureşan ilk yarının uzatma dəqiqələrində fərqi 2 topa endirib. Lənkəranlılar avrokuboklarda ilk dəfə mərhələ keçmək üçün öz meydanında ən azı 2:0 hesabı ilə qalib gəlməlidir.
Avroliqa, II təsnifat mərhələsi
İlk oyunlar
14 iyul
“MAKKABİ” (TƏL-ƏVİV, İSRAİL) – “XƏZƏR-LƏNKƏRAN” (AZƏRBAYCAN) - 3:1
QOLLAR: Nouss Konate, 22; Elran Atar, 39; Guillermo İsraileviç, 43 - Andrey Mureşan, 45
Təl-Əviv. “Bloomfield” stadionu, 8352 azarkeş
Baş hakim: İlias Spatas (Yunanıstan)
“Makkabi”: 55. Qay Haimov, 4. Batista Nivaldo Santana (k), 7. Guillermo İsraileviç, 10. Naris Medunjanin, 13. Munas Dabbur, 14. Yoav David Ziv, 16. Elran Atar, 17. Savo Paviçeviç, 18. Nouss Konate, 25. Rafi Dahan, 27. Omer Vered.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 8. Eder Bonfim, 2. Elnur Allahverdiyev, 11. Andrey Mureşan, 16. Andrey Pits, 14. Rahid Əmirquliyev, 81. Rikardo, 84. Julius Vobay, 77. Marius Onofraş, 80. Joao Pinto, 9. Çaba Borbeli.
Komandalar meydanda oyun qabağı son məşqə çıxıb.
Tribunalar yavaş-yavaş dolmağa başlayır.
Hazırda tribunalarda 3 min azarkeş olar ki, onlardan da 200-ü “Xəzər Lənkəran” tərəfdarıdır.
Yerli azarkeşlər qısa fasilələrlə komandalarının şərəfinə mahnı səsləndirirlər.
5-ci sektorda yer alan azərbaycanlı azarkeşlər də “Xəzər Lənkəran”a dəstək verirlər.
-----
Oyuna “Xəzər Lənkəran” başlayır.
Meydan sahibləri ilk dəqiqlərdən hücuma atılırlar.
Komandamızın ilk hücumu. Müdafiəçilər topu qapı xəttindən çıxarırlar.
“Makkabi”nin daha bir hücumu alınmır. Ağayev çətinlik çəkmədən topu tutur.
Onofraşın zərbəsi müdafiəçiyə dəyib meydandan çıxır.
Omer Vered Əmirquliyevə qarşı aşkar kobudluq edir. Amma baş hakim ona şifahi xəbərdarlıqla kifayətlənir.
Meydan sabiblərinin hücumu təhlükli alınsa da, Kamran tou cərimə meydançasından çıxarır.
Vobayın topu itirməsindən sonra rəqib növbəti hücuma keçir. Kamran yenə səhvsiz oynadı.
“Xəzər Lənkəran”ın təhlükəli hücumu. Amma Joao Paolo oyundan kənar vəziyyətə düşür.
Hesab açılır.
Konate ilk qolun müəllifi oldu.
“Xəzər Lənkəran” sağ cinahdan künc zərbəsi yerinə yetirir. Qapı qarşısına ötürmədən sonra müdafiəçilər topu yenə qapı xəttindən çıxardı.
Çaba ofsayda düşdü.
Munas Dabburun uzaqdan zərbəsini Kamran qaytarır.
İsraileviçin sag cinahdan qapı qarşısına ötürməsini Muresan uzaqlaşdırır.
“Makkabi”nin daha bir hücumu təhlükəli alındı. Ancaq qapıya baş zərbəsi qeyri-dəqiq alındı.
Meydanın mərkəzində edilən kobudluqdan sonra Çaba yerə yıxılır. Hakim isə rəqib futbolçuya sarı vərəqə göstərmək istəmir.
Sol cinahdan ötürmədən sonra Etra hesabı artırır.
Az sonra daha bir qol. Guillermo İsraileviç topu yerdə qalan Kamranın əlindən salıb, qapıya göndərir.
“Xəzər Lənkəran” sol cinahdan cərimə zərbəsi yerinə yetirir. Vobayın qapı qarşısına ötürməsini Mureşan çətin vəziyyətdən tora qovuşdurur.
Komandalar fasiləyə yollanır.
Rednik ikinci 45 dəqiqəyə əvəzetmə ilə başlayır.
Paolonun yerinə Opara, Vobayın yerinə Dieqo Souza çıxır.
Meydan sahibləri ilk hücumdaca hesabı artıra bilərdilər. Amma Kamran növbəti dəfə komandasını real qoldan xilas edir.
Qapıçı ilə üzbəüz qalan Çaba ikinci qolu vurmağa yaxın idi.
“Xəzər Lənkəran” hücuma atılsa da, hakim oyunu dayandırır. Rəqib futbolçu meydanın mərkəzində yerə yıxılıb.
Azsaylı azarkeşlər “ağ-yaşıllar”ı qol vurmağa çağırırlar.
Cərimə meydançası daxilində Oparaya kobudluq edilir. Hakim isə korner göstərir.
“Makkabi”dən beşinci qol, amma yan xətt hakimi ofsayd qeydə alır.
Guillermo İsraileviç cərimə meydançasında yıxılır. Meydan sahibləri penalti tələb etsələr də, hakim davam işarəsi verir.
Rednik sonuncu əvəzetməyə əl atır. O, Çabanın yerinə meydana Katalin Domanı buraxır.
Elnur Allahverdiyevin kobud səhvi az qala dördüncü qolun vurulması ilə nəticələnəcəkdi.
Pitsin təxminən 30 metrdən cərimə zərbəsini qapı kornerə çıxardı.
Onofraş sağ cinahdan qapı qarşısına ötürmə etdi. Rahidin başla vurduğu zərbə qapının üstündən keçdi.
Santananın qapıya zərbəsi qeyri-dəqiq alındı.
Oyun başa çatdı

0
0