“İndi Bakıya rahat gedə bilərik”
14.07.2011 - 12:22
“İndi Bakıya rahat gedə bilərik”
“Nə deyə bilərəm ki? Bu, möcüzədir. 33 mindən artıq azarkeşin gözü qabağında doğma komandanın formasında çıxmağa başqa ad vermək olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun futbolçusu İvan Kelava deyib.

Təcrübəli qapıçı Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə oyunu (3:0) haqda fikirlərini açıqlayıb: “Bütün hisslərimi ifadə etməyə söz tapa bilmirəm. Bütün azarkeşlərimizə stadiona gəldiyimiz üçün təşəkkür edirəm. Bunun qarşılığını oyunumuza verə bilərdik. Biz də 3-nü burub özümüz buraxmadıq, indi Bakıya rahat gedə bilərik”.