“Neftçi” III təsnifat mərhələsinin səpələnmişləri sırasında
14.07.2011 - 13:07
Çempionlar Liqasının II təsnifat mərhələsi başa çatmamış bütün Avropanın diqqəti yenidən İsveçrəyə yönələcək. Apasport.az saytının məlumatına görə, sabah Nyon şəhərində III təsnifat mərhələsinin püşkü atılacaq. Mübarizəyə bu raunddan başlayacaq 13 komanda ilə yanaşı püşkdə 17 cüt iştirak edəcək. Hələ mərhələ adlayan komanda bilinmədiyindən cütlərə daha yüksək reytinqli rəqibə uyğun səbətə daxil edilib. Səpələnmiş və səpələnməmişlərə bölünməklə yanaşı komandalar həm də statusuna uyğun şəkildə bölünüb. Yəni çempionlar ayrı, çempion olmayanlar ayrı mübarizə aparacaq. Hələlik mübarizəni davam etdirən Azərbaycan çempionu “Neftçi” artıq ilk oyunda qarşılaşdığı Zaqreb “Dinamo”sunun yüksək reytinqinə əsasən bu cütü güclülər sırasında qərarlaşıb.
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar
Qeyri çempionlar
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar
Səpələnmişlər | Səpələnməmişlər |
|---|---|
“Reyncers” (Şotlandiya) | "Banqor Siti" (Uels) - HİK (Finlandiya) cütünün qalibi |
“Kopenhagen” (Danimarka) | "Malmö" (İsveç) - "Torshavn" (Farer adaları) cütünün qalibi |
"Linfild" (Şimali İrlandiya) - BATE (Belarus) cütünün qalibi | "Zestafoni" (Gürcüstan) - "Daçiya" (Moldova) cütünün qalibi |
"Makkabi" (Hayfa, İsrail) - "Boras" (Bosniya və Herseqovina) cütünün qalibi | “Pünik” (Ermənistan) - “Viktoriya” (Çexiya) cütünün qalibi |
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Neftçi" (Azərbaycan) cütünün qalibi | “Şemrok Rovers” (İrlandiya) – “Flora” (Estoniya) cütünün qalibi |
"Rusenborq" (Norveç) - "Breydablik" (İslandiya) cütünün qalibi | “Slovan” (Slovakiya) – “Tobol” (Qazaxıstan) cütünün qalibi |
"Skenderbeu" (Albaniya) - APOEL (Kipr) cütünün qalibi | “Maribor” (Sloveniya) – “Dudelanj” (Lüksemburq) cütünün qalibi |
"Partizan" (Serbiya) - "Şkendiya" (Makedoniya) cütünün qalibi | “Moqren” (Çernoqoriya) – “Liteks” (Bolqarıstan) cütünün qalibi |
"Şturm" (Avstriya) - "Videoton" (Macarıstan) cütünün qalibi | “Valetta” (Malta) – “Ekranas” (Litva) cütünün qalibi |
"Skonto" (Latviya) - "Visla" (Krakov, Polşa) cütünün qalibi | “Genk” (Belçika) |
Qeyri çempionlar
Səpələnmişlər | Səpələnməmişlər |
|---|---|
“Benfika” (Portuqaliya) | “Rubin” (Rusiya) |
“Dinamo” (Ukrayna) | “Sürix” (İsveçrə) |
“Panatinaikos” (Yunanıstan) | “Odense” (Danimarka) |
“Tvente” (Hollandiya) | “Trabzonspor” (Türkiyə) |
“Standard” (Belçika) | “Vaslui” (Rumıniya) |
0
0