Pelenin 1-ci, Hakan Şükürün 84-cü olduğu siyahı
14.07.2011 - 13:19
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) yüksək liqalarda ən məhsuldar futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünyada ən çox qol vuran futbolçuların siyahısına “Futbol kralı” Pele başçılıq edir. 71 yaşlı braziliyalı veteran hücumçu 20 ildə (1957-77-ci illərdə) 560 oyunda 541 qol vurub. Pele bunu Braziliya və ABŞ çempionatında edib.
Qurum yalnız yüksək liqalarda qol vuran futbolçulardan ibarət siyahıda 315 nəfərə verib. Onların çoxu karyerasını bitirənlər arasında olsa da, yaşıl meydanda çıxışını davam etdirən azsaylı oyunçular da var. Bunlardan biri vaxtilə “Neftçi” keçidi ilə bağlı Bakıya danışıqlara gələn, sonda razılaşa gəlməyən özbək hücumçu Cəfər İrismetovdur. 164-cü yerdə olan Cəfər 1993-cü ildən bu yana 6 ölkə çempionatında (Özbəkistan, Yunanıstan, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan) keçirdiyi 413 oyunda 236 qol vurub.
Türkiyənin siyahıdakı təmsilçiləri arasında ən yaxşı göstəriciyə Hakan Şükür malikdir. Artıq karyerasını bitirərək, parlamentə deputat seçilən 40 yaşlı veteran hücumçu 20 ildə (1988-2008) 534 oyunda 268 qol vurub. Hakan vətəni ilə yanaşı, İtaliya və İngiltərə çempionatında fərqlənib.

0
0