Azərbaycanlı baş məşqçi Rusiya çempionatında qələbə həsrət qaldı
14.07.2011 - 15:20
Azərbaycanlı Emin Ağayevin baş məşqçisi olduğu Rusiyanın “Daqdizel” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, II divizionun Cənub zonasında çıxış edən komanda XII turda səfərdə Rostovun OİK klubu ilə səfər oyununda qolsuz bərabərliyə qalıb. Bununla da yenə qələbəyə həsrət qalan Ağayevin komandası autsayderlər qrupunda qalmaqda davam edir. “Daqdizel” 12 oyundan sonra 12 xalla 18 komanda arasında 16-cı yerdədir. O, növbəti turda aprelin 20-də Stavropol “Dinamo”sunu qəbul edəcək.
Qeyd edək ki, “Daqdizel” yaxında əvvəllər “Anji”yə məxsus olan, Mahaçqalada 10 kilometr aralıda olan Sulak məkanındakı məşq bazasını mülkiyyətinə götürəcək. Ağayevin sözlərinə görə, yeniləşən baza futbolçuların tam məşğələləri və istirahəti üçün müasir tələblərə cavab verir.

0
0