“Neftçi” “Dinamo” ilə oyuna hazır deyildi”
14.07.2011 - 23:01
“Zaqreblilər “Neftçi”dən daha üstün göründü”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı çalışdırıcı Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqrebdə yerli “Dinamo” və “Neftçi” arasındakı oyunu canlı izləyib. Həmin görüşdən sonra Təl-Əvivə “Makkabi” – “Xəzər Lənkəran” matçını izləməyə gələn Foqts bildirib ki, “Neftçi” Zaqrebdəki matça hazır deyildi: “Həmin matçı analiz edərkən, düşünürəm ki “Neftçi” fiziki cəhətdən çatdırmadı. Bəli, “Dinamo” daha yaxşı komandadır, amma “Neftçi”ni də oyuna hazır görmədim. Millidə çıxış edən futbolçulara gəlincə, Ruslan Abışovun oyununu bəyəndim. O, heyətdə ən yaxşı idi. Rail Məlikov isə hazır deyildi. Ondan belə oyun gözləmirdim”.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0