Mirça Rednik: Birinci və üçüncü qolu rəqibə hədiyyə etdik
14.07.2011 - 23:56
Mirça Rednik: Birinci və üçüncü qolu rəqibə hədiyyə etdik
“Nəticəyə görə təbii ki, narazıyam. Bundan artığını futbolçulardan gözləyə bilmərəm”. Apasport.az saytının Təl-Əvivə ezam edilən əməkdaşının xəbərinə görə, bunu Avropa Liqasının II təsnifat mərhələsində “Makkabi” ilə görüşdən sonra “Xəzər Lənkəran”ın çalışdırıcısı Mirça Rednik deyib.

Qarşılaşmanın ardından təşkil olunan mətbuat konfransında rumıniyalı baş məşqçi bildirib ki, ilk hissə ilə müqayisədə futbolçular daha yaxşı oynayıb: “Bəzi futbolçular hazırlıq dövründə 10 gün oldular. “Makkabi” 2 qol vurdu, amma ilk və sonuncu qolu onlara hədiyyə etdik. İkinci hissədə daha yaxşı oynadıq. Hesabı dəyişmək üçün şansımız oldu. Fikrimcə, 1:3 hesablı məğlubiyyət pis nəticə deyil”.

Futbolçular haqda danışmaq istəməyən Rednik bildirib ki, cavab oyununda vəziyyəti dəyişmək mümkündür: “İndi futbolçuları tənqid etmək istəməzdim. Düzdü, bəziləri çox yaxşı oynamadılar. Bütün komanda səhv buraxdı. Kamrandan tutmuş Joao Paoloyadək. Növbəti oyun üçün 1 həftə vaxtımız var, hazırlaşıb nəticə qazana bilərik. Vəziyyəti dəyişmək üçün gücümüz yetər”.