Moti İvanir: 3 qol buraxsa belə, “Xəzər Lənkəran” yaxşı komandadır
15.07.2011 - 00:30
Moti İvanir: 3 qol buraxsa belə, “Xəzər Lənkəran” yaxşı komandadır
“Komandam birinci hissəni çox yaxşı oynadı”. Apasport.az saytının Təl-Əvivə ezam edilən əməkdaşının xəbərinə görə, bunu Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”la oyundan sonra “Makkabi”nin baş məşqçisi Moti İvanir deyib.

Matçın ardından təşkil olunan mətbuat konfransına öncə gələn İvanir bildirib ki, 3 qol vurmaları üçün komandası çox əziyyət çəkib: “Fasiləyədək biz 3 qol vurduq. Amma bunu üçün komandamız çox çalışdı. Start heyəti ilə bağlı variant vardı. İlk yarının son dəqiqələrində qol buraxmağımız təəssüf doğurur. O qolu buraxmamalıydıq. Ancaq növbəti mərhələyə keçmə üçün şansımız var. 3 qol buraxmasına baxmayaraq, “Xəzər Lənkəran” yaxşı komandadır”.

Xatırladaq ki, “Makkabi” “Xəzər Lənkəran” üzərində 3:1 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab matçı iyulun 21-də Lənkəranda keçiriləcək.