“Beşiktaş” Türkiyə kubokundan imtina etdi
15.07.2011 - 09:10
Türkiyə kubokunun son qalibi olan “Beşiktaş” qazandığı mükafatdan imtina edib. Apasport.az saytının məlumatına görə, “Qara Qartallar” ölkə kubokunu Türkiyə Futbol Federasiyasına (TFF) qaytarıb. İstanbullular bunu rəhbərliyinin danışılmış oyunlarda ittiham olunmasına etiraz əlaməti kimi edib. “Beşiktaş” rəsmi məlumatında bildirir ki, vitse-prezidenti Sərdal Adalı və baş məşqçisi Tayfur Hafutçu bəarət olunana kimi kuboku TFF-ə qaytarılıb.
Türkiyə futbolunda korrupsiya qalmaqalının araşdırılması ilə bağlı 60-dan çox adam saxlanılıb. Onların arasında “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım var. TFF isə yenə bəyan edir ki, avqustun 5-də başlanmasını nəzərdə tutduğu növbəti çempionatın vaxtının dəyişməyi planlaşdırmır.

0
0